Rusiya Ukraynanın Sumı və Krivoy Roq şəhərlərinə raket zərbələri endirib, ölən və yaralananlar var.
Bu barədə Ukrayna rəsmiləri məlumat yayıb.
Ölkənin Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, Sumı şəhərinə endirilən raket zərbələri nəticəsində dağıntılar altında biri qadın, digəri kişi olmaqla 2 nəfər olub.
Raket zərbələri ikimərtəbəli yaşayış binasını dağıdıb, 20-dən çox ev və 8 avtomobilə xəsarət dəyib və zərbə nəticəsində başlayan yanğının söndürülməsi üçün əraziyə briqadalar cəlb olunub. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Ukraynanın daxili işlər naziri İqor Klimenko isə bildirib ki, Krivoy Roqda polisin inzibati binalarından birinə raket düşüb, 1 nəfər ölüb, 9 nəfər yaralanıb. Hüquq-mühafizə orqanları əməkdaşlarından 3 nəfərin vəziyyəti ağırdır, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Raket zərbəsindən 200 kvadratmetr sahədə yanğın baş verib. Binanın dağıntıları altından 3 nəfər xilas edilib. Xilasetmə işləri davam edir.(APA)