Ermənistan səfiri Rusiya XİN-ə çağırıldı

Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona İrəvanın qeyri-dost hərəkətləri fonunda etiraz notası təqdim edilib.

 

Senzor.az Rusiya KİV-lərinə istinadən bildirir ki, nazirlikdə Vaqarşak Arutyunyana Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin ratifikasiyası prosesinin başlanması, baş nazir Nikol Paşinyanın həyat yoldaşının Kiyevə səfəri və Ermənistan ordusu ilə ABŞ arasında hərbi təlimlərin elan edilməsi və digər addımların qeyri-dost hərəkətləri olduğu bildirilib.

 

Notada Ermənistan Milli Assambleyasının rəhbəri Alen Simonyanın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya qarşı dedikləri və rusiyapərəst bloger Mika Badalyanla, “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyanın saxlanılması ilə bağlı narazılıq da ifadə olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.