Mərakeşdə güclü zəlzələ nəticəsində yüzlərlə insanın ölməsi ilə əlaqədar 3 günlük matəm elan olunub.
"Al Arabiya" xəbər verir ki, bu barədə ölkənin Kral Sarayı məlumat yayıb.
Bildirilib ki, 3 gündə Afrika ölkəsindəki bayraqlar yarıya endiriləcək.
Xatırladaq ki, Mərakeşdə baş verən güclü zəlzələ sonucunda ölənlərin sayı 1 037-yə çatıb. 1204 nəfər xəsarət alan var.