Portuqaliya millisinin lideri Kriştianu Ronaldu zəlzələdən əziyyət çəkən mərakeşlilərə kömək etmək qərarına gəlib.
Senzor.az bildirir ki, bu barədə sport.ua məlumat yayıb.
Məlumata görə, 38 yaşlı futbolçu onlar üçün Mərakeşdəki 4 ulduzlu “Pestana CR7” hotelinin qapılarını açıb.
Qeyd edək ki, Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 122-yə çatıb, daha 2 400 nəfər isə yaralanıb. Yaralılardan 1 404-ünün vəziyyəti ağırdır.
Onu da xatırladaq ki, zəlzələ səbəbindən Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində keçiriləcək Mərakeş - Liberiya oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.