Hindistanda keçirilən G20 sammitində iştirak edən Kanadanın Baş naziri Castin Trüdo və onun nümayəndə heyəti, o cümlədən mətbuat nümayəndələri təyyarədə baş verən texniki problem səbəbindən Yeni Dehlidən ayrıla bilməyiblər.
Bu barədə CTV telekanalı məlumat yayıb.
Telekanal bildirib ki, texniki problemi tez bir zamanda aradan qaldırmaq mümkün olmayıb. Buna görə də bütün nümayəndə heyəti hələlik Hindistandadır.
C.Trüdo və onu müşayiət edən şəxslərin Kanadaya nə vaxt uça biləcəkləri bəlli deyil.