Almaniyanın xarici işlər naziri Kiyevə gözlənilməz səfər edib.
Bu barədə DPA məlumat yayıb.
Bu, nazir Annalena Berbokun son il yarım ərzində Ukraynaya 4-cü səfəridir. O, Kiyevə Polşadan gecə qatarı ilə gəlib.
Naziri vağzalda Almaniyanın Ukraynadakı səfiri Marin Yeger qarşılayıb.
Berbok səfər zamanı bildirib ki, Ukraynanı iqtisadi, humanitar və hərbi sahədə bundan sonra da dəstəkləyəcək.
Nazirin səfər qrafiki açıqlanmır.