Ukrayna Qara dənizdəki "Boyko qüllələri"ni öz nəzarətinə qaytarıb

Ukrayna Qara dənizdəki "Boyko qüllələri"ni öz nəzarətinə qaytarıb.


UNIAN xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.


"Boyko qüllələri" üzərində nəzarətin yaradılması üzrə unikal əməliyyat Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bölmələri tərəfindən həyata keçirilib, həmçinin "Petr Qodovalets" və "Ukrayna" qazma platformaları, "Tavrida" və "Sivaş" qazma qurğuları nəzarətimizə qaytarılıb".


Bildirilib ki, əməliyyat zamanı xüsusi təyinatlılar qiymətli hərbi qənimətlər: "NAR" (idarə olunmayan raketləri) vertolyot sursatları, həmçinin Qara dənizdə gəmilərin hərəkətini izləyə bilən "Neva" radarı ələ keçirilib.


Qeyd olunub ki, əməliyyat zamanı Ukrayna xüsusi təyinatlıları ilə Rusiyanın Su-30 qırıcısı arasında döyüş baş verib. "Döyüş nəticəsində Rusiya təyyarəsi məğlub oldu və geri çəkilməyə məcbur oldu", - Baş Kəşfiyyat İdarəsi bildirib.


Xatırladaq ki, "Boyko Qüllələri" Qara dənizdə Krım sahillərində qaz və neft qazma platformalarıdır. Rusiya onları 2015-ci ildə ələ keçirib və tam miqyaslı işğalın əvvəlindən hərbi məqsədlər üçün, helikopter meydançaları və radar avadanlıqlarının yerləşdirilməsi üçün istifadə edib.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.