Mərakeşdə 7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2681 nəfərə çatıb.
Senzor.az bildirir ki, məlumatı “Al Arabiya” telekanalı Krallığın Daxili İşlər Nazirliyinə istinadən yayıb.
Qeyd olunur ki, zəlzələ nəticəsində azı 2501 nəfər xəsarət alıb.
Xatırladaq ki, Mərakeşdə 7 maqnitudalı zəlzələ cümə günü yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Zəlzələnin paytaxt Rabatla yanaşı, Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss edildiyini bildirib.