Dövlət Departamenti ABŞ-Ermənistan hərbi təlimləri haqda...
“BAKI İLƏ İRƏVAN ARASINDAKI GƏRGİNLİKLƏ HEÇ BİR ƏLAQƏSİ YOXDUR”

“ABŞ ilə Ermənistan arasındakı birgə hərbi təlimlər rutin xarakter daşıyır və Bakı ilə Ermənistan arasındakı gərginliklə heç bir əlaqəsi yoxdur”.

 

Senzor.az bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə deyib. 

 

“Bu, rutin təlimlərdir və bölgədəki hər hansı hadisələrlə bağlantısı yoxdur”, - xarici siyasət idarəsinin rəsmisi vurğulayıb.

 

Xatırladaq ki, sentyabrın 11-dən Ermənistanda EAGLE PARTNER 2023 adlı erməni-amerikan birgə hərbi təlimləri başlayıb. ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti daha əvvəl bildirmişdi ki, təlimlər Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı briqadasının “Zar” təlim mərkəzinin bazasında keçiriləcək. Təlimlərin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsi, həmçinin erməni bölməsinin NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramının "əməliyyat potensialı Konsepsiyası"nın planlı qiymətləndirilməsinə hazırlığının artırılmasıdır.

 

Birgə təlimlər sentyabrın  20-dək davam edəcək.

Qeyd edək ki, Ermənistan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edir, eyni zamanda Avro-Atlantika Tərəfdaşlıq Şurasının üzvüdür və burada fərdi tərəfdaşlıq fəaliyyət planlarını (IPAP) həyata keçirir.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.