Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Şimali Koreyanın lideri Kim Çen In arasında görüş olub.
Senzor.az Rusiya mətbuatına istinadən bildirir ki, görüş Rusiyanın Amur vilayətində yerləşən “Vostoçnıy” kosmodromunda baş tutub.
Görüş zamanı iki ölkə rəhbəri arasında qısa söhbət olub.
Hələlik görüşün digər təfərrüatı barədə məlumat verilmir.
ABŞ hesab edir ki, Putin və Kim ilk növbədə Ukraynada döyüşən Rusiya ordusuna Şimali Koreyadan sursat tədarükü məsələsini müzakirə etmək niyyətindədir. Yenə amerikalıların fikrincə, buna cavab olaraq Kim Rusiyadan ərzaq yardımı və bəzi hərbi texnologiyalar almaq istəyir.