"Estoniya Avropa Komissiyasının direktivinə uyğun olaraq, Rusiya qeydiyyatlı avtomobillərin ölkəyə girişini qadağan edir".
Bunu Estoniya daxili işlər naziri Lauri Lyaenemets bildirib.
“Sentyabrın 13-dən etibarən Rusiya dövlət nömrə nişanlı avtomobil sahibi ya Rusiyaya qayıtmalı, ya da avtomobilsiz sərhədi keçməli olacaq” , - nazir vurğulayıb.
DİN rəhbəri bildirib ki, bu məhdudiyyətlər qonşu dövlətlər - Latviya və Litva ilə də razılaşdırılıb.(“Report”)