Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında baş vermiş yanğın nəticəsində 56 nəfər həlak olub, 37 nəfər yaralanıb.
CNN xəbər verir ki, ölənlər arasında uşaqların olduğu bildirilir.
Məlumata görə, yanğın gecə saatlarında təxminən 150 nəfərin yaşadığı 9 mərtəbəli binada baş verib. Xəstəxanaya yerləşdirilən bəzi yaralıların yanğından qaçmaq məqsədilə binadan atıldığı və çoxsaylı bədən xəsarətləri aldığı bildirilir. Məlumata görə, polis yanğın təhlükəsizliyini pozmaq ittihamı ilə binanın sahibini saxlayıb.