Bolqarıstan öz ərazisində NATO hərbi bazasını yerləşdirməyi planlaşdırır. 2025-ci ilə qədər obyekt hazır olacaq.
Rusiya mətbuatının yazdığına görə, bu barədə jurnalistlərə ölkənin müdafiə naziri Todor Taqarev məlumat verib.
Gələcək bazanın dəyəri 100 milyon leva (50 milyon avro) olaraq qiymətləndirilir.
“Bütün zəruri infrastrukturun - kazarmaların, avadanlıqların saxlanması üçün binaların tikintisi, çoxmillətli NATO döyüş qrupu üçün yol şəbəkəsinin hazırlanması bizə 100 milyon levadan çox başa gələcək. Nəticə kiçik bir şəhər olmalıdır”, - deyə o bəyan edib.
Taqarev həmçinin əlavə edib ki, gələcək hərbi bazanın yeri hələ müəyyən edilməyib. Hazırda xərclərin bir hissəsinin birbaşa NATO tərəfindən ödəniləcəyi dəqiqləşdirilir.