Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynaya yeni səfirlər təyin edib.
Senzor.az bildirir ki, dövlət başçısının bu barədə qərarı "Rəsmi Qəzet"də dərc olunub.
Məlumata əsasən, Tanju Bilgiç Türkiyənin Rusiyada, Mustafa Levent Bilgen isə Ukraynada səfiri təyin olunub.
Qeyd edək ki, Türkiyənin Moskvadakı səfiri vəzifəsini daha öncə Mehmet Samsar, Kiyevdəki səfiri vəzifəsini isə Yağmur Ahmet Güldere icra edib.