Latviyanın yeni Baş naziri təyin olunub.
APA xəbər verir ki, Latviya Seymi (Parlament) bu gün keçirilən səsvermədə sağ mərkəzçi Yeni Birlik partiyasından olan Evika Silinanı Baltikyanı ölkənin növbəti Baş naziri postuna təsdiq edib.
Evika Silinanın rəhbərlik etdiyi hökumətdə xarici işlər naziri vəzifəsini isə sabiq Baş nazir Krişjanis Karinş icra edəcək.