Qırğızıstan Tacikistanı ərazi iddialarından əl çəkməyə çağırdı

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev Tacikistan hakimiyyətini ölkəyə qarşı ərazi iddialarından əl çəkməyə çağırıb.

 

Senzor.az bildirir ki, bu barədə yerli media məlumat yayıb.

 

O qeyd edib ki, bu gün ötən il sentyabrın 15-16-da Batkənddə baş vermiş faciələrin ildönümüdür: “Onlarla hərbçi və mülki şəxs həlak olub. Buna sərhəd məsələlərinin həll edilməməsi və qonşu ölkənin dövlətimizə hücumu səbəb olub. Mən dövlət sərhədinin demarkasiyası və delimitasiyası komissiyasının sədriyəm.

 

Biz bu günə qədər məsələni sülh yolu ilə həll etməyə çalışmışıq və bunu davam etdiririk. Dövlət başçısı bizə tapşırıq verir ki, məsələləri danışıqlar yolu ilə həll edək. Amma eyni zamanda demək lazımdır ki, ötən il faktiki olaraq dövlətimizə qarşı təcavüz aktı törədilib. Gələcəkdə belə təcavüzə yol verməyəcəyik”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.