İtaliyanın şimalında 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 366 min insanın yaşadığı Bolonya şəhərindən 37 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.