Ağ Ev Ukrayna Prezidenti Vladimir Zelenskinin Vaşinqtona səfəri zamanı yeni yardım paketi elan etməyi planlaşdırır.
CNN xəbər verir ki, paketə ölkənin davam edən əks-hücum əməliyyatlarının dəstəklənməsi üçün lazım olan əlavə artilleriyaların, hava hücumundan müdafiə vasitələrinin daxil olacağı bildirilib.
Adı açıqlanmayan rəsmi CNN-ə bildirib ki, Zelenski Ağ Evi yaxın və uzunmüddətli müdafiə üçün vacib imkanları əhatə edən yardım paketi ilə tərk edəcək. Bununla belə, yardım paketinə ukraynalılara uzunməsafəli zərbə endirmək imkanı verəcək ATACMS sistemlərinin daxil olmadığı bildirilib.
ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi daha əvvəl qeyd edib ki, ATACMS sistemlərinin tədarükü masadan götürülməyib, lakin bu silahların tədarükünü nəzərdən keçirən qurumlar hələki qərara gəlməyiblər.