Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin Baş naziri Benyamin Netanyahu qarşılıqlı səfərlər barədə razılığa gəliblər.
Bu barədə Nyu-Yorkda Türkiyə mətbuatına verdiyi müsahibəsində R.T.Ərdoğan özü bildirib.
“Əvvəllər Netanyahu xəstəliyi səbəbindən bizə gələ bilmirdi. Amma indi mən ona dedim ki, bu səfəri etməlidir, sonra mən və komandam İsrailə gedəcəyik. Razılığa gəldik. Ümid edirik ki, biz bunu çox gecikdirmədən görəcəyik və İsraillə enerji ehtiyatları sahəsində qazma işlərinə başlayacağıq. Biz enerji resurslarının təkcə Türkiyəyə deyil, həm də Türkiyə üzərindən Avropaya çatdırılması üçün marşrutlardan istifadə etməyə başlayacağıq ”, - deyə o vurğulayıb.