Sentyabrın 23-də Londonda Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) qayıtmasına dəstək məqsədilə yürüş keçirilib.
Bu barədə “The Independent” yazıb.
“Birləşmə yürüşü çərçivəsində mindən çox insan göy və sarı (Aİ rəngləri - red.) plakatlarla Britaniya paytaxtının mərkəzi küçələrinə çıxıblar”, - deyə nəşr vurğulayıb.