Ermənistanda hakimiyyəti silahlı yolla ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən səkkiz nəfər saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd olunub ki, “Səlibçilər” hərbi-vətənpərvər ictimai təşkilatının üzvləri əllərindəki silahlardan həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıqdan istifadə etməklə hakimiyyəti ələ keçirmək barədə razılığa gəliblər.
Saxlanılanların adları açıqlanmır.