İordaniyada hökumət yenidən formalaşdırılır.
Bu barədə "Anadolu” məlumat yayıb.
Bildirilib ki, İordaniya Nazirlər Kabinetinin üzvləri artıq istefa ərizələrini Baş nazir Bəşər əl-Xasauna təqdim ediblər. Nazirlər hökumətdə islahat aparılması üçün bu addımı atdıqlarını açıqlayıblar. Bu, hökumətdə aparılan sayca yeddinci islahata hazırlıq çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, Bəşər əl-Xasauna 2020-ci ilin oktyabrından İordaniyanın Baş naziridir.
Məlumata görə, Əl-Xasauna 1999-cu il fevralın 7-dən Kral II Abdullah hakimiyyətə gələndən sonra İordaniyanın 13-cü Baş naziridir.