ABŞ hökuməti İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın keçən həftə Vaşinqtona səfər etmək xahişini rədd edib.
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.
“İranın ABŞ vətəndaşlarını qanunsuz olaraq həbs etməsini və İran hökumətinin terrorizmə sponsorluq etdiyini nəzərə alaraq, biz bu xahişin yerinə yetirilməsini nə məqsədəuyğun, nə də zəruri hesab etmirik”, - deyə o bildirib.