Pakistanın Sind əyalətinin Kaşmor diyarının Kandkot rayonunda döyüş sursatının partlaması nəticəsində azı 8 nəfər ölüb.
Bu barədə “News” qəzeti məlumat yayıb.
Bildirilib ki, döyüş sursatı kənd təsərrüfatı sahəsində oynayan yerli uşaqlar tərəfindən tapılıb. Onlar bunu evlərinə gətirib və daha sonra mərmi orada partlayıb.