Kreml Ermənistanın Roma Statutunu ratifikasiya etmək qərarını Rusiyaya qarşı düşmənçilik adlandırıb.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasında deyilir.
Peskov Ermənistanın Roma Statutunu ratifikasiya etmək qərarının Rusiyaya qarşı ən son həddə düşmənçilik olduğunu qeyd edib və bildirib ki, ölkəsi Ermənistanın Roma Statutuna qoşulmaq niyyətini alqışlamır.
Kreml sözçüsünün sözlərinə görə, rəsmi Moskva Qarabağdakı vəziyyətin humanitar aspektini diqqətlə izləyir.
Peskov onu da əlavə edib ki, Rusiya lideri yaxın zamanda Ermənistana hər hansı səfər planlaşdırmayıb.