"Ukraynanın müharibəni dayandırmaq imkanı yoxdur"
NATO-nun Baş katibi

“Ukrayna müharibəni dayandıra bilməz. Rəsmi Kiyevin belə bir imkanı yoxdur”.


Bunu Kiyevdə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.


Onun sözlərinə görə, Ukraynanın təslim olması sülhdən imtina deməkdir: “Bu, Rusiyanın işğalının davam etməsi demək olacaq. Ukraynaya isə ədalətli və sabit sülh lazımdır”.


Y.Stoltenberqin fikrincə, Ukraynanın davamlı və ədalətli sülhə nail olmaq üçün Rusiyaya qarşı şiddətli mübarizədən başqa variantı yoxdur: “NATO müttəfiqləri bu mübarizədə lazım olduğu qədər Ukraynanın yanında olacaqlar. Ukrayna gücləndikcə Rusiya işğalına son qoymağa bir o qədər yaxınlaşırıq. Rusiya bu gün silahı yerə qoya və bu müharibəyə son qoya bilər”.


Baş katib bildirib ki, Ukraynanın gələcəyi NATO-dadır: “Biz Ukraynanın Alyansa üzvlüyü üçün birlikdə çalışırıq”.


Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan etibarən əks-hücum əməliyyatları keçirir.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.