Tokayev: Qazaxıstan Rusiyaya qarşı sanksiyalar rejiminə əməl edəcək

Qazaxıstan Rusiyaya qarşı sanksiyalar rejiminə əməl edəcək. 

 

Senzor.az xarici KİV-ə istinadən bildirirki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniya kansleri Olaf Şoltsla danışıqlardan sonra deyib.

 

“Qazaxıstan açıq şəkildə bəyan edib ki, sanksiyalar rejiminə əməl edəcək. Onun uyğunluğu ilə bağlı müvafiq təşkilatlarla əlaqəmiz var və mənə elə gəlir ki, bu rejimdən yan keçməyə yönəlmiş mümkün hərəkətlərlə bağlı heç bir narahatlıq olmamalıdır”, - deyə Zakon.kz Tokayevdən sitat gətirib.

 

Eyni zamanda Qazaxıstan lideri qeyd edib ki, Qazaxıstanın Rusiyadan ərazi iddiaları ilə bağlı hər hansı narahatlığı yoxdur.

 

Onun sözlərinə görə, Rusiya ilə Qazaxıstan arasında sərhəd vaxtilə delimitasiya edilib və əsasən demarkasiya edilib.

 

“Bu, iki ölkənin parlamentləri tərəfindən təsdiqlənib və ratifikasiya edilib, ona görə də bizim Rusiyanın ərazi iddiaları ilə bağlı heç bir narahatlığımız yoxdur”, - Qazaxıstan Prezidenti qeyd edib.

 

Ukrayna münaqişəsi mövzusuna toxunan Tokayev deyib ki, Qazaxıstan hərbi əməliyyatların dərhal dayandırılması, eləcə də BMT Nizamnaməsi əsasında sülh danışıqlarının aparılmasının tərəfdarıdır.

 

“Bu gün mən hörmətli cənab Kanslere dedim ki, vəziyyət əslində çox ciddidir. Həm Ukrayna, həm də Rusiya tərəfləri danışıqlara hazır olduqlarını iddia edirlər, lakin danışıqlar platforması hələ bəlli deyil”, - o qeyd edib.

 

Xatıradaq ki, Tokayev Almaniyaya sentyabrın 28-də gedib. Səfər proqramına Prezidentin Berlin Qlobal Dialoqu beynəlxalq forumunda çıxışı və Almaniyanın işgüzar dairələrinin nümayəndələri ilə bir sıra görüşlər daxildir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.