Pakistanda məsciddə partlayış - 5 ÖLÜ, 10 YARALI

Cümə günü Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində intiharçı-terrorçu  məsciddə partlayış törədib.

 

Sinxua agentliyi xilasedici qruplara istinadən məlumat verib ki, partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

 

Bildirilib ki, terror aktı Hanqu rayonunda polis bölməsinin ərazisində yerləşən məscidin ibadət zalında baş verib.

 

“İki intiharçı-terrorçu polis bölməsinin əsas qapısında polisə əl qumbaraları atıb. Onlardan biri polislə atışmada həlak olub, digəri isə məscidin içərisinə girə bilib”, - deyə xilasetmə idarəsinin nümayəndəsi Bilal Faizi bildirib. O, əlavə edib ki, terrorçunun özünü partlatması nəticəsində məscidin damı qismən uçub.

 

Onun sözlərinə görə, partlayış zamanı məsciddə 30-40 nəfər olub. Onlardan bəziləri dağıntılar altında qalıb.

 

Xilasetmə əməliyyatı başa çatıb, xəsarət alanlar tapılaraq rayon hərbi xəstəxanasına çatdırılıb.

 

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.