Türkiyə "Bayraktar Akınsi" pilotsuz təyyarələrinin Ukraynaya təhvil verilməsi məsələsini nəzərdən keçirir.
Senzor.az bildirir ki, bunu “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar “Azadlıq” radiosuna müsahibəsində deyib.
Bayraktarın sözlərinə görə, Ukraynada müəyyən tipli İHA istehsal etmək üçün şirkət Türkiyə hökumətindən icazə almalıdır. "Müdafiə sahəsində əməkdaşlıqda dövlətin icazəsi lazımdır və bizdə bu icazə var. Ona görə də "Akıncı" məsələsi nəzərdən keçirilir", - şirkət rəhbəri əlavə edib.
Qeyd edək ki, "Akıncı" PUA-nın hazırlanması üzərində işlər 4 il davam edib.