Nigerdə dislokasiya olunan fransalı hərbçilər həftə ərzində ölkəni tərk etməyə başlayacaq.
France-Presse agentliyi bu barədə Fransa silahlı qüvvələrinin baş qərargahına istinadla məlumat yayıb.
Əməliyyatın Niger tərəfi ilə koordinasiya edilmiş şəkildə həyata keçiriləcəyi bildirilir.
Qiyamçıların təyin etdiyi daxili işlər, ictimai təhlükəsizlik və ərazi idarəetmə naziri Məhəmməd Tumba dünən demişdi ki, onun fikrincə, Fransa qoşunlarını Nigerdən çıxarmaq niyyətində deyil. O, həmçinin Parisin Nigerdə fəaliyyət göstərən terrorçulara dəstək göstərdiyini iddia edib.