Suriyada hərbi məktəbə PUA ilə hücum: ölənlərin sayı 89-a çatıb
YENİLƏNİB


Suriyanın Xüms şəhərindəki hərbi məktəbə pilotsuz uçuş aparatı (PUA) ilə endirilən zərbə nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumatda 277 nəfərin yaralandığı bildirilib.

 

Versiyalardan birinə görə, yaraqlıların hədəfi kamikadze PUA-larının hücumundan az əvvəl kolleci tərk edən Suriyanın müdafiə naziri olub.

 

**19:35(05.10.2023)



Suriyanın Xüms şəhərindəki hərbi məktəbə pilotsuz uçuş aparatı (PUA) ilə endirilən zərbə nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.


Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.


Məlumatda deyilir ki, PUA hücumu kursantların buraxılış mərasiminin sonunda həyata keçirilib.


Həmçinin əlavə olunub ki, zərbə nəticəsində ölən və yaralananların əksəriyyəti suriyalı hərbçilərin məktəbə dəvət olunmuş qohumlarıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.