Qranada sammiti Ukraynanın tezliklə Aİ-yə üzv olmayacağını təsdiqlədi

Avropa İttifaqı liderləri etiraf ediblər ki, ərizəçilərin quruma qoşulmaq üçün ciddi kriteriyalara cavab verməli olması ilə yanaşı, 27 üzv dövlət də Aİ-də islahatlar üçün çox çalışmalıdır. Ukrayna tezliklə üzvlüyə ümid etsə də, 27 lider Aİ Şurasının prezidenti Şarl Mişelin təklif etdiyi kimi, Kiyevin 2030-cu il üçün üzv olmaq istəyini təsdiqləməkdən imtina edib.


“Associated Press”in məqaləsində deyilir: “Sammit bəyanatla yekunlaşıb. Üzvlük üçün hər hansı bir ərizəçi Avropa Birlyinin illər və ya onilliklər davam edə biləcək uzun və çətin prosesini başa vurmalıdır. Qısa yollar geosiyasi səbəblərə görə istisna edilib.


Yeni üzvlər üçün konkret tarix təyin etməməklə, sammit Ukraynanın mümkün qədər tez üzv olmasını istəyənlərlə 27 üzv dövlət arasında yekdillik tələb edən bir məsələdə danışıqların zəruri olduğuna inananlar arasında parçalanmanın qarşısını alıb.


2022-ci ilin fevralında müharibə başlayandan bəri Aİ ölkələrinin əksəriyyəti Ukrayna ilə “davamlı birlik” üçün çox çalışacaqlarını bildiriblər ki, bu da sonda Kiyevin bloka üzv olmasına gətirib çıxaracaq. Macarıstan prezidenti Viktor Orban bu həftə təkid etdi ki, bütün ideya sıfırdan yenidən düşünülməlidir. “Biz heç vaxt müharibə vəziyyətində olan ölkələri quruma daxil etməmişik. Və biz indiki sərhədlərin harada olduğunu və orada nə qədər insanın yaşadığını bilmirik".


Üzvlük üçün müraciət edənlər islahatlar aparmalı olduğu kimi, Aİ də özünü daha geniş miqyasda yenidən kəşf etməlidir. Buraya vəsaitlərin yenidən bölüşdürülməsi, daha yoxsul yeni üzvlərə kömək etmək üçün mövcud benefisiarların ianəçilərə çevrilməsi və yekdillik tələb edən qərarların sayını azaltmaq üçün qərar qəbuletmə prosesinin sadələşdirilməsi daxildir.


Bu, indiki üzvlər üçün kifayət qədər çətin olduğunu sübut etdi, xüsusən onilliklər köhnə qaydalar hələ də qüvvədə olduğundan və əvvəlcə bir-biri ilə yaxından əlaqəli olan onlarla ölkə üçün nəzərdə tutulmuşdu”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.