Əfqanıstanda 6,3 bal gücündə zəlzələ baş verib.
Senzor.az bildirir ki, oktyabrın 7-də yerli vaxtla saat 11:00 radələrində qeydə alınan zəlzələnin episentri 272 min insanın yaşadığı Herat şəhərindən 42 km şimal-qərbdə olub.
Təbiət hadisəsi qonşu Badqis və Fərəh əyalətlərində də hiss olunub. ABŞ Geoloji Xidmətinin məlumatına görə, ilk zəlzələdən sonra 5,9 və 5,5 maqnitudalı daha bir neçə təkan baş verib.
“Taliban” hökumətinin nümayəndəsi bildirib ki, zəlzələ nəticəsində ölənlərin sayı artıq 2 mini keçib. Minlərlə xəsarət alan var. Hazırda dəqiqləşdirmələr və xilasetmə işləri aparılır.