İsraildə baş verən hadisələr fonunda 9 Amerika Birləşmiş Ştatları (ABŞ) vətəndaşı həlak olub.
"CNN" xəbər verir ki, bu barədə ABŞ-nin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Vatson məlumat verib.
"BBC"nin məlumatına görə isə İsraildə, həmçinin 10-dan çox britaniyalı ölüb, yaxud itkin düşüb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 800 nəfər ölüb, 2 750 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.