HƏMAS-ın İsrailə hücumu nəticəsində Fransanın azı 3 vətəndaşı ölüb, 15-i isə itkin düşmüş sayılır.
Məlumatı Almaniyanın RTL televiziya kanalı yayıb.
Məlumata görə, Fransa Xarici İşlər Nazirliyi biri 12 yaşlı yeniyetmə olmaqla, 14 vətəndaşının taleyinin naməlum olduğunu bəyan edib. Nazirlik ehtimal edir ki, onlar HƏMAS yaraqlıları və ya başqa qruplaşma tərəfindən ələ keçirilə bilər.