Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirilib ki, tərəflər Fələstin-İsrail münaqişəsini müzakirə ediblər, o cümlədən gərginliyin yayılmasının qabaqlayıcı tədbirləri ətrafında fikir mübadiləsi aparıblar.
Türkiyə Prezidenti mülki obyektlərin vurulmasından narahatlığını ifadə edib.
Ərdoğan Türkiyənin bölgədə əmin-amanlığı təmin etməsi üçün hər cür təşəbbüsləri göstərməyə davam edəcəyini bildirib.