Almaniyanın paytaxtı Berlində Fələstinlə həmrəylik mitinqinin keçirilməsinə ictimai təhlükəsizlik səbəbi ilə icazə verilməyib.
“Haber Global” bildirir ki, bu barədə Berlin polisindən məlumat verilib.
“Fələstinlə həmrəylik nümayişi üçün Berlinin müxtəlif bölgələrində keçiriləcək mitinq və eyni mövzuda yürüşlər, eləcə də onları əvəz edəcək bütün tədbirlər ictimai təhlükəsizlik və asayişə təhdid yaratdıqları üçün qadağan edilib”, - deyə məlumatda bildirilib.
Həmçinin polisin məsələ ilə bağlı mitinq təşkilatçılarını məlumatlandırdığı da qeyd edilib.
Xatırladaq ki, “Fələstin danışır” və “Fələstin Fəaliyyət Komitəsi” kimi müxtəlif fələstinyönlü platformalar Berlində nümayişlərin keçirilməsinə çağırış etmişdilər.