Böyük Britaniyanın Baş naziri Rişi Sunak Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə telefonla Qəzza zolağındakı vəziyyəti müzakirə edib.
Məlumatı “ahram” yayıb.
Bildirilib ki, tərəflər Qəzza zolağında və ətrafında gərginliyin azaldılmasına dair fikir mübadiləsi aparıblar.
Məlumata görə, Sunak və Sisi HƏMAS-ın İsrailə hücumu nəticəsində yaranan humanirtar böhranın aradan qaldırılması ilə bağlı yollardan danışıblar. Əs-Sisi Qəzza zolağına, Fələstin xalqına humanitar yardımın göndərilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıb.