Fransanın Marsel şəhərinin şimal-şərqində yerləşən mağazaların birində naməlum şəxs bıçaqla müştərilərə hücum edib.
Bu barədə "La Provence" qəzeti məlumat yayıb.
Hücum nəticəsində azı üç nəfər yaralanıb.
İlkin məlumata görə, həmin şəxs satıcılardan biri ilə mübahisə edib, satıcı və digər iki alıcı onu sakitləşdirməyə çalışarkən bir neçə bıçaq zərbəsi endirib.
Hücum edən şəxs hadisə yerini tərk edib və polis axtarışa başlayıb.("Report")