İran İsrailə müharibənin Qəzza zolağından başqa Yaxın Şərqin digər bölgələrinə də yayıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.
“Mən müharibə cinayətkarlarına və onların bölgədəki tərəfdarlarına xəbərdarlıq edirəm ki, çox gec olmadan İsrailin mülki şəxslərə qarşı cinayətlərini dayandırsınlar. Ola bilsin ki, yaxın bir neçə saat ərzində çox gec olacaq”, - Abdullahian deyib.