Oktyabrın 7-dən HƏMAS radikal qruplaşması tərəfindən Qəzza zolağından İsrail ərazisinə 6 300 raket atılıb.
Bu barədə “Today in Israel” resursu məlumat yayıb.
Qeyd olunub ki, atılan raketlər İsraildə 1 300 nəfərin həlak olmasına, 3 300-dən çox vətəndaşın yaralanmasına səbəb olub.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.