Avropa şəhərlərində antisemit əhval-ruhiyyə getdikcə artmaqdadır.
Lenta.ru bildirir ki, bu, ilk növbədə yəhudi təqiblərinin dərin tarixi köklərə malik olduğu Almaniyada özünü göstərir. Belə ki, yəhudilərin yaşadığı evlər artıq Davud Ulduzu ilə işarələnməyə başlanıb.
Berlindəki ictimai fəallar baş verənlərdən şikayətləniblər.
Onların fikrincə, evlərin üzərindəki işarələr təkcə Almaniyada deyil, digər ölkələrdə də peyda olub.