“İsrail Livanın “Hizbullah” qruplaşması və İranın potensial hücumlarına sərt cavab verəcək“.
Senzor.az bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın 16-da Knessetin (parlament) qış sessiyasındakı açılış nitqində deyib.
“Hizbullah”a da bir mesajım var: bizi şimalda sınamayın, bir dəfə etdiyiniz səhvi təkrarlamayın, çünki indi ödəməli olduğunuz bədəl daha ağır olacaq”, - deyə Netanyahu vurğulayıb.
Baş nazir həmçinin qeyd edib ki, Fələstin-İsrail eskalasiyası fonunda İsrail qüvvələri uzunmüddətli döyüşlər aparmağa hazırdır.