Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Rusiya Prezidenti oktyabrın 17-də Çində keçiriləcək “Bir kəmər, bir yol” forumunda iştirak edəcək.
Qeyd edək ki, “Bir kəmər, bir yol” konsepsiyası 2013-cü ildə Çinin Sədri Si Cinpin tərəfindən çoxtərəfli ticarət və investisiya layihələrinin genişləndirilməsi üçün təklif edilib. Artıq 150-dən çox dövlət və 30-dan çox beynəlxalq təşkilat ona qoşulub.
Üçüncü dəfə keçirilən forumun şüarı “Bir Kəmər və Yol Təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli əməkdaşlıq: birgə inkişaf və tərəqqiyə doğru”dur.
İlkin məlumatlara görə, forumda 23 ölkənin lideri iştirak edəcək.
İkigünlük səfər çərçivəsində həm də Rusiya və Çin dövlət başçılarının görüşü olacaq, bundan əlavə, V.Putin bir sıra ikitərəfli görüşlər də keçirəcək.