İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada çoxlu sayda insan itkisinə səbəb olan xəstəxanaya hücumda İsrail hərbçilərinin əli olması ilə bağlı iddiaları rədd edib və bildirib ki, xəstəxanaya barbar terrorçular hücum edib.
Senzor.az bildirir ki, bu barədə İsrailin Baş naziri “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, bu partlayış terrorçuların işidir.
“Bütün dünya bilməlidir: Qəzzada xəstəxanaya İsrail Müdafiə Qüvvələri yox, barbar terrorçular hücum edib. Uşaqlarımızı vəhşicəsinə öldürənlər öz övladlarını da öldürürlər”, - Netanyahu vurğulayıb.
Qeyd edək ki, ondan əvvəl İsrail Müdafiə Nazirliyi Qəzza xəstəxanasında güclü partlayışın Fələstin anklavından uğursuz raket atılması nəticəsində baş verdiyini və buna görə “İslami Cihad” qruplaşmasının məsuliyyət daşıdığını bəyan edib: