Bayden Təl-Əvivdə bəyanat verib - “ABŞ İSRAİLİN YANINDADIR VƏ LAZIM OLAN YARDIMI GÖSTƏRƏCƏK”
YENİLƏNİB

“ABŞ İsrailin yanındadır”.


Bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Cozef Bayden İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə bəyanatında çıxışı zamanı deyib.


O bildirib ki, İsrail xalqının cəsarətini təqdir edir.


C.Bayden İsrailin özünümüdafiə haqqının olduğunu söyləyib: “Onu da deyim ki, HƏMAS bütün Fələstini təmsil etmir”.


Birləşmiş Ştatlar lideri söyləyib ki, Ağ ev İsrailin müdafiəsi üçün lazım olan yardımı göstərəcək. O, həmçinin səfərinin məqsədinin ABŞ-ın İsraili dəstəklədiyini dünyaya nümayiş etdirmək olduğunu deyib.


ABŞ Prezidenti Qəzzadakı xəstəxanaya hücum barədə də danışıb. O, bunu partlayışla əlaqələndirib: “Görünən odur ki, xəstəxanaya hücumu siz (red: İsrail) yox, qarşı tərəf həyata keçirib. Amma bir çox adam buna inanmır”.

**12:03

ABŞ Prezidenti Cozef Baydenin İsrailə səfəri başlayıb.

Bu barədə xarici KİV məlumat yayıb.

Onu hava limanında İsrail Prezidenti İsxak Hersoq və Baş nazir Benyamin Netanyahu qarşılayıblar.

C.Baydenin İ.Hersoq və B.Netanyahu ilə görüşü gözlənilir.

Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyld Oustin də İsrailə səfər edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.