Qəzza zolağında atəşkəs tələbi ilə çıxış edən nümayişçilər ABŞ-da Konqres binasına giriblər.
Aksiyasının təşəbbüskarlarından biri olan Sülh Naminə Yəhudi Səsi təşkilatı nümayişlərdə 10 min insanın iştirak etdiyini bildirib.
Daha 500 nəfərin binaya daxil olduğu bildirilir.
Nümayişçilər Konqresi İsraillə HƏMAS arasında atəşkəs üçün tədbirlər görməyə çağırıb və ABŞ hakimiyyətindən narazılıqlarını ifadə ediblər.
Etirazçılardan saxlanılanlar var.
Bir neçə nəfər polisə hücum etməkdə şübhəli bilinir.