Fransada bəzi hava limanlarında sərnişinlər bomba təhlükəsi səbəbindən təxliyə edilib.
Bu barədə yerli “Le Figaro” nəşri yazıb.
Nəşrin məlumatına görə, Bordo, Nant, Lill və Monpelye hava limanlarında uçuşlar ləğv edilib.
Hadisə yerinə polis və minaaxtaran əməkdaşlar cəlb olunub.
Hava limanlarında hələlik heç bir partlayıcı qurğu aşkar edilməyib.
Qeyd edək ki, son günlər ölkədə insanların sıx gediş-gəlişi olan ictimai binalara bomba qoyulması ilə bağlı xəbərlərin sayı xeyli artıb. Belə ki, 14 oktyabrda Luvr muzeyinin minlərlə ziyarətçisi, eləcə də Lion stansiyasının sərnişinləri təxliyə edilib.
Versal Sarayında olanlar isə 14 və 17 oktyabr tarixlərində iki dəfə təxliyə edilib.(APA)