Almaniyanın müdafiə naziri Boris Pistorius Livanın paytaxtı Beyrutda səfərdədir.
Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Almaniyanın “Bild” qəzeti məlumat verib ki, B.Pistorius Livanın cənubuna yollanacaq. Burada o, İsraillə sərhəddəki vəziyyətlə bağlı Livanda BMT-nin Müvəqqəti Qüvvələrinin tərkibində xidmət edən almaniyalı hərbçilər ilə məsləhətləşmələr aparacaq.