İsrail müdafiə naziri Yoav Qallnt ölkəsinin HƏMAS-a qarşı apardığı müharibənin üç mərhələsini açıqlayıb.
“The Times of İsrael” nəşri xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qalant Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin Tel-Əviv şəhərində keçirilən iclası zamanı bu barədə açıqlama verib.
Nazirin sözlərinə görə, İsrail Müdafiə Qüvvələri (The Israel Defence Forces - I.D.F.) tərəfindən həyata keçirilən hərbi əməliyyatların indiki mərhələsi sonradan yerüstü hərbi əməliyyatlar keçirə bilmək üçün, hazırda Hərbi Hava Qüvvələrinin imkanlarından istifadə edərək HƏMAS döyüşçülərini məhv etmək, onların infrastrukturunu dağıtmaq üçün zərbələr endirməyi nəzərdə tutur.
Qalant qeyd edib ki, ikinci mərhələdə müqavimət ocaqlarını ləğv etmək üçün daha aşağı intensivlikdə döyüşlər nəzərdə tutulur.
Sonuncu, üçüncü mərhələyə gəlincə isə, israilli nazir bildirib ki, bu mərhələyə Qəzza zolağında yeni təhlükəsizlik rejiminin yaradılması, regionun gündəlik həyatına görə məsuliyyətin İsrailin üzərindən götürülməsi və İsrail xalqının təhlükəsizliyi ilə bağlı yeni reallığın yaradılması daxildir.(APA)